09 Avqust 2022
Kateqoriyasız

Gürcüstan millisinin hücumçusu “Neftçi”də

“Neftçi” heyərini daha bir oyunçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, “Ağ-qaralar” 24 yaşlı  hücumçu Vaxtanq Arveladzeni rənglərinə bağlayıb. Komanda daha əvvəl Gürcüstandan mərkəz müdafiəçisi Solomon Kvirkveliyanı heyətinə qatıb.

V.Arveladze Türkiyədə “Kasımpaşa”nın ikinci komandasında, Polşada “Korona” klubunda legioner həyatı yaşayıb. Onun sonuncu klubu Türkiyənin “Fatih Karagümrük” komandası olub. Məşhur Şota və Arçil Arveladze qardaşları Vaxtanqın əmiləridir.

Əvvəllər “Neftçi” Şota Arveladzeni baş məşqçi kimi komandaya gətirmək istəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

17 ilin ən yaxşısı, tarixin 15-cisi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin