PSJ UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Brest”i 7:0 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, qollardan birini komandanın yeni transferi Xviça Kvaratsxeliya vurub. Bununla da o, ÇL-in pley-off mərhələsində qol vuran ilk gürcü futbolçu olub..
Xatırladaq ki, parislilər iki oyunun ümumi hesabında 10:0 qalib gələrək, 1/8 finala yüksəlib.