Gürcüstanın gənclər və idman naziri Levan Kipiani Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Çixura” qarşılaşmasında xəritə qalmaqalına münasibət bildirib.
İdmanxeber.com-un məlumatına görə, nazir bu gün Gürcüstan hökumətinin iclasından əvvəl jurnalistlərə bunları bildirib: “Azarkeşlər arasında belə münaqişələr tez-tez və dünyanın müxtəlif stadionlarında baş verir. Mən klubun prezidenti ilə danışdım və bütün anlaşılmazlıqlar yoluna qoyuldu”
“Çixura”nın baş direktoru Berik Şukakidzenin sözlərinə görə, o, xəritənin yığışdırılmasını xahiş etsə də, azarkeşlər bunu etməyiblər: “UEFA-nın komissarı mənə dedi ki, bu fakt azarkeşlər arasında qəzəb doğura bilər. Mən xəritənin yığışdırılmasını xahiş etsəm də, azarkeşlər bunu etmədilər.
Nəticədə xəritəni güc tətbiq edərək yığışdırdılar və bundan sonra insident baş verdi. Bizi də bu dırnaqarası azarkeşlərə görə cərimələdilər. Məndən bu məsələ ilə bağlı hansı fikirdə olduğumu soruşdular. Dedim ki, bunu pisləyirəm”.