“Rəvan” “Qarabağ”la oyuna tam heyətlə hazırlaşır.
İdmanxeber.com-un məlumatına görə, “sarı-qırmızılılar”ın heyətindəki mikrozədələri olan Oke Akpoveta və Tyaqo Mirasema “Qarabağ”la oyunda komandasına kömək edə biləcəklər. Bu haqda saytımıza klubun baş məşqçisi Güvənç Kurtar məlumat verib.
Türkiyəli çalışdırıcı bildirib ki, Oke Akpoveta oyuna tam hazır olsa da, onu Ağdam klubu ilə oyunda meydana buraxmağa risk etmək istəmir. Tyaqo isə demək olar ki, tam hazırdı.