06 Dekabr 2022
Kateqoriyasız

Həddən artıq çox istəmək də “yanmağa” səbəb olur” – Samir Abasov

“Neftçi”nin baş məqşçisi Samir Abasov Çempionlar Liqasının I təsnifat mərhələsinin “Dinamo”(Tbilisi) ilə oyunundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bildirib:

– Uzun müddətdən sona “Neftçi”ni, Azərbaycanı bu cür turnirdə təmsil etmək, “Neftçi” ailəsi üçün qüruruvericidi və şərəfdi. Yalandan danışmayım, oyundan əvvəl üstümüzdə gərginlik var. Bu da turnirin böyüklüyündən irəli gəlir. Elə futbolçularımız var ki, belə turnirlərdə iştirak etməyiblər. Amma inanırıq ki, sabah oyuna çıxandan sonra hər şey yaddan çıxacaq, gərginlik meydandan kənarda qalacaq, “Neftçi”ni, xalqımızı təmsil edəcəyik. Nə qədər bu oyuna kimi problemlər yaşadıq, şişirdib danışmaq istəmirəm. Necə hazırlaşmışıq, bunu da sabah oyun göstərəcək. Rəqibin bizim üstümüzdə üstünlükləri var. O da Gürcüstanda çempionat davam edir, 17-ci tur gedir. Həm taktiki, həm fiziki baxımdan bizimlə müqayisədə tam hazırdılar. Yaxşı toplanış keçmişik, cəmi 3 oyun oynayıb, bura gəlirik. Onlardan biri fiziki hazırlıq, digər iki oyun isə “Dinamo” matçı üçün idi. Bütün bunları kənara qoyacağıq, çalışacağıq ki, öz adımızı burada yaxşı təmsil edək. Sabahkı oyunun nə qdər gərgin keçəcəyi bizə məlumdu. “Dinamo” bizim kimi tarixi, köklü klubudu. Çempionatda qızıl medallar uğrunda oynayır, güclərinə bələdik. Kaxaber Sxadadze gələndən sonra 5 oyunlarını izləmişik, hansı sxemdə, taktika oynadıqları bizə bəllidi. Ancaq vizual baxmaq ayrıdı, komandanı canlı hiss etmək ayrıdı. Bunu futbolçular meydana çıxandan sonra hiss edəcəklər. “Dinamo” necə oynayacaq bizə də aydın deyil. Təkrarlamaq istəyirəm ki, bizi çox gərgin oyun gözləyir. Kaxaberi çox yaxşı tanıyıram. Onun işlədiyi komandalar nəyə qadirdi bilirəm, futbolçusu olmuşam. Bizi maraqlı oyun gözləyir, görək sabah necə olacaq.

– Anton Krivotsyukun gedişindən Voyislav Stankoviç solda oynayır. Mert Çelik sağda oynayırdı, daha sonra Ömər Buludov meydana girdi. Sabah Öməri əsas heyətdə görə bilərik?
– İndidən heyətə bağlı danışmaq düzgün deyil. Məşqimiz var, bir gün vaxt var. Deməzdim ki, qərar verməmişik. Beynimizdə 90-95 faiz heyət bəllidi. Sadəcə, tələsməməyimizi istərdim. Əlimizdə olan futbolçulara, sistemə görə futbolçular yoxladıq. Çox da yoxlama görüşü də keçirmədik. 17 tur oynamış rəqibə qarşı oynayırıq. Düşünürəm ki, heyətdə yer alacaq oyunçular tam öz işini bilərək meydana çıxacaq.

– Kaxaber Sxadadzenin futbolçusu olmusuz. Onun iş təcrübəsindən faydalanmısınız?
– Sırf Kaxanı kopyalayıb işlədiyimi belə deməzdim. Nəinki Kaxaberdən, işlədiyim məşqçilərdən ən yaxşısını götürməyə çalışmışam, təcrübəmdə istifadə edim. Bunların içində Kaxa öndə gedənlərdəndi. Onun məşqçiliyinə hörmətim çoxdu. Burada danışdıqlarımızla, meydançada etdiklərimiz düz gəlməyə bilər. Amma inanıram ki, hamısı üst-üstə düşəcək.

– Futbolçu kimi ÇL-də oynamısız, məşqçi kimi debüt edəcəksiniz. Hansı hisləri yaşayırsınız?
– Hislər möhtəşəmdi. Futbolçularım çox gərgindi, özüm də həyəcanlıyam. Bu cür mötəbər turnirdə məşqçi kimi işləmək fəxrdi.

– Psixoloji gərginlik olduğunu dediniz.. Bu, özünüzü cilovlamağa mane olmaz ki?
– İnanıram ki, gərginliyi cilovlamaq çətin olmayacaq. Bütün məsuliyyətimizlə oyuna çıxırıq. Haranı təsmil etdiyimizi bilirik. Biri var çempionat, biri də var belə turnirdə “Neftçi” kimi çıxış edirsən. Rəqib də elə-belə komanda deyil. Məsuliyyət var. Oyuna kimi bunu yaşayıb tam beyin olaraq hazırlaşsaq, ki hazırlaşırıq, bu, yaxşı haldı. Həddən artıq çox istəmək də “yanmağa” səbəb olur. Fikrimizdən keçirməyək, olmasın. Gərgin deyəndə, bütün oyunçuların üzərindəki məsuliyyət nəzərdə tuturam.

– Kaxaber Sxadadze dörd gündən bir oynamaqlarından narahatdı. Siz özünüz üçün bunu necə təhlil edərdiniz?
– Hər bir komandanın özünə görə problemləri var. Rəqib oyun çoxluğundan şikayət edirsə, mən oyun azlığından şikayət edərəm. Qoşulan oyunçular komandaya gec qoşuldu. Hər komandanın bu oyuna görə problemləri var. Bunun üzərində dayanmayacağıq. Rəqib üçün o dediyiniz problemisə, bundan istifadə etməyə çalışacağıq.

– Heyətin komplektləşməsində bu mərhələ üçün nə dərəcədə razı qaldınız? Sizi qayğılandıran məsələlərdən biri də heyətin tam komplektləşməməsi ola bilər?
– Hələ ki, danışıq apardığımız oyunçular var, yollarını gözləyirik. Təəssüf ki, bu oyuna çatdırmadıq. Buna baxmayaraq, əlimizdəki oyunçularla yaxşı hazırlıq keçmişik. Sabah meydanda nə dərəcədə hazır olduğumuzu görəcəyik. Bu cür turnirlər bir oyundan ibarət deyil, iki oyunun nəticəsinə göə ümumi fikrə gəlmək olar. Bəzən mediada bizi keyfiyyət baxımından müqayisə edirlər, bununla razılaşmıram. Biz özümüz komanda olaraq bu yolda getsək, səhv yola etmiş olarıq. Cavab görüşündə keyfiyyət yox,ortaya  xarakter qoymalıyıq. Anlamalıyıq ki, haranı təmsil edirik. Mənim üçün də xarakter məsələsi önəmlidi, belə turnirlərdə əsasdı. Xarakteri ortaya qoyub oyunlardan balıca çıxmalıyıq.

– “Dinamo”da hansı mövqelər zəif və güclüdü?
– Analiz etmişik. İnanırsınız ki, baxmasaq d,a təsəvvürümüzdə hansı komandaya qarşı oynayacağıq. Kaxaber Sxadadzeni tanıyıram, tələblərini bilirəm. Zəif cəhətdən danışmaq istəməzdim, kompakt komandaya qarşı oynayacağıq. 120 dəqiqə qaça bilirlər, komanda şəklində oynayırlar. Hər bir komandanın zəif və güclü tərəfləri var. Burda açıqlamaq istəmirəm. Sabah çalışacağıq ki, zəif tərəflərindən istifadə edək, güclü tərəflərindən istifadə etmələrinə imkan verməməyə çalışacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Vadji het-trik, Kadi dubl etdi

admin

“Qəbələ”də ciddi itki: sabahkı oyunu buraxacaq

admin

“Sabah” Antalyada ilk məşqinə çıxdı – Şəkillər

admin