Dünya futbolu

Həftənin ən yaxşısı adına namizədlər

Dünən baş tutan oyunlardan sonra Avropa Liqasında və Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər müəyyənləşib.

İdmanxeber.az məlumat verir ki, Avropa Liqasında Canluica Skamakka (Atalanta), Jonas Hofmann (Bayer), Rafa Silva (Benfika) və Paulo Dibala (Roma) qalib olmaq şansı qazanıb. Konfrans Liqasında isə Kostas Fortunis (Olimpiakos), Con MakGinn (Aston Villa), Hans Vanaken (Brügge) və Martines Quarta (Fiorentina) dördlüyündən biri seçiləcək.

Qaliblər UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43