Dünya Azərbaycanlıların Həmrəylik Gününə həsr olunmuş futbol turniri başlayıb.
İdmanxeber.az xəbər verir ki, yarış Gənclər və İdman nazirliyinin və İxtisaslaşdırılmış uşaq-gənclər olimpiya ehtiyatları məktəbinin dəstəyi ilə keçirilir. Çempionat 2014-2015-ci il təvəllüdlü uşaqlar arasında baş tutacaq.
Turnirdə “Xəzər Bakı” , “Neftçi” ” Səbail” , “Sumqayıt” , ROFM, “Ulduz” , “Amasiya” və “Zəngəzur” komandaları iştirak edir.
Final oyunu dekabrın 30-da keçiriləcək.
Qeyd edək ki, qarşılaşmalar “Amasya” idman kompleksində keçirilir.