“Böyük Avropa təcrubəsinə malik.komandaya qarşı oynayacağıq. Mən öz komandama güvənirəm. Futbolçularıma inamım böyükdü. İlk dəfədi qrup mərhələsindən çıxmışıq və belə bir oyuna hazırlaşmışıq. İnanıram ki, futbolçularım ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. İlk oyundan sonra rəqibin gücünü tanıyacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Marsel”lə oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Ağdam klubunun çalışdırıcısı daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Azərbaycan futbol tarixində bir ilkə imza atdınız. Sabahkı oyunla bağlı futbolçularda həyəcan varmı və özlərini bu vacib oyun oncəsi necə hiss edirlər?
– Həyəcan var. İstər futbolçularda, istərsə də məndə var. Ancaq əsas odur ki, bu bizim oyuna təsir etməsin. Həyəcan rəqibin gücünə görə yox, ilk dəfə qrupdan çıxdığımız üçün sevinc həyəcanı var. Hamımız sabahkı oyunu gözləyirik. Belə oyunlara qarşı, belə rəqiblərə qarşı təcrübəmiz var. Qrupdan çıxmağımız futbolçularda istək yaradır. Ancaq bunun da daha çox olmağını istəmirəm. Ola bilər ki, bu komandanın oyununa mane olsun. Ancaq istənilən halda düşünürəm.ki, bu həyəcan xeyrimizə olan həyəcandı.
– “Marsel” tez-tez matç ərzində öz oyununda dəyişikliklərə gedir.
Bu, bizə çətinlik yarada bilər. Çünki bu cür komandalara qarşı nadir hallarda oynayırıq. Rəqib bunu çox məharətlə edir. Daha çox diqqət yetirməli olduğumuz elementlərdən biri budur. Məqsədimiz meydanda öz oyunumuzu göstərməkdir. Hər bir futbolçumuz bu matçın faydasını görəcək və verilən tapşırıqları dəqiqliklə yerinə yetirəcək