28 Noyabr 2022
Kateqoriyasız

“Həzz almaq üçün qalib gəlmək lazımdır” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

İdmanxeber.az xəbər verir ki, Ağdam klubunun çalışdrıcısı 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komandam obtimal formasından uzaq idi. İtkilərimiz də var idi. Matça tam hazırlaşa bilməmişdik. Futbolçular gözəl oyun göstərdilər. Yaxşı komandaya qarşı oynadıq. Futbolçuları təbrik edirəm. Qarşıda daha yaxşı oyunlar göstərə biləcəyik. “Keşlə” ilə kubok görüşündə də komandadan razı qalmışdım. Futbolçular 3-4 matçdan sonra formalarına qayıdırlar. Toral Bayramov bir neçə dəfə səhv etdi. Gənc olsa da, istəyirəm ki, bu yaşda daha tez böyüsünlər. Aqressiv danışırdım ki, özünü ələ ala bilsin. Hakimlərə əsəbi deyildim. Sadəcə, bir neçə təkrarlanmış səhvə görə etirazımı bildirirdim.

Vacib 3 xalı yaxşı oyunla qazandıq. İstəkli komandaya qarşı oynayırdıq. Bəzi epziodlarda bir az arxayınlıq oldu. Rəqib də bundan istifadə etməyi bacardı. İnanıram ki, bu matçı analiz etdikdən sonra bizə çox faydası olacaq. Bəzi məqamlarda daha dəqiq və diqqətli olmalı idik. Hər bir halda oyundan və komandamdan razı qaldım. Hər iki komanda azarkeşləri möhtəşəm idi. Gözəl derbi oldu.

Maksim Medvedevin əzələsində mikro zədə var idi. Ciddiyə də almaq olar. İnanıram ki, qarşıdakı günlərdə əvvəlki qaydasına qayıdacaq. İbrahima Vadji özünü narahat hiss etdi. Bu gün test verdi, neqativ çıxdı. Meydana buraxmağa risk etmədik. Qara Qarayevdə qızdırma oldu. Koronavirusa yoluxmuşdu.

Həmişə futbolçularımızın işinə sevgi ilə yanaşmasını istəmişik. Çünki hər oyunda meydana qələbə üçün çıxırıq. Həzz almaq üçün qalib gəlmək lazımdır. Bəzən hansısa oyundan sonra arxayınlıq ola bilər. Bunun qarşısını almağa çalışırıq. İnanmıram ki, arxayınlıq olsun. Qarşıdakı matçlarda daha yaxşı çıxış etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Zirə”nin “Neftçi” önündə üstünlüyü

admin

Elxan Məmmədovdan Rövnəq Abdullayevə şikayət – “Təzyiq və təhqirlər başlanıb”

admin

“Zirə” – “Makkabi” matçının biletləri satışa çıxarılır

admin