Kateqoriyasız

Həbib Nurməhəmmədovdan azərbaycanlı futbolçuya: “İnsanların üzərinə dəmir hasardan tullanma”

Həbib Nurməhəmmədov “Rostov”dan “Spartak”a transfer olunan azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.

30 yaşlı dağıstanlı idmançı “instagram” sosial şəbəkə hesabının hekayə bölümündə Ayaz Quliyevin ona bənzədilməsindən danışıb. Həbib qısa videoda bu sözləri səsləndirib:

“Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Hamı sənə “Həbib” deyir. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma”.

Ayaz Quliyev “Spartak”a qoşulanda futbolçular “Həbib, buraya gəl” şüarları səsləndiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43