24 Oktyabr 2024
Ölkə futbolu Premyer Liqa

Həkimlərdən gələn rəy bölgə klubunda sevinclə qarşılandı

Misli Premyer Liqasının 11-ci turu çərçivəsində səfərdə “Turan Tovuz”la qarşılaşacaq “Kəpəz” bu oyuna hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, son tur Gəncə təmsilçisinə üzrlü səbəbdən kömək edə bilməyən kapitan Yeqor Xvalko artıq düşərgədədi.

“Qarabağ”la matçda zədələnən Mahammadu Ba isə sonuncu dəfə həkim müayinəsindən keçib və onun Qərb derbisində oynamasında heç bir problem görünməyib. Sözügedən hər iki futbolçu komandaylaa birgə məşqlərdə iştirak edir.

Qeyd edək ki, “Turan Tovuz” – “Kəpəz” matçı oktyabrın 25-də, saat 19:00-da keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43