Ölkə futbolu

Hələ belə olmamışdı: “Qarabağ”ın oyunu üçün satışa çıxarılan biletlərin…

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 3-ü “Ferenstvaroş”a  (Macarıstan) qarşı keçirəcəyi görüşə böyük maraq var.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, bu gün səhər satışa çıxarılan biletlərin ilk 4 saat ərzində 13 min 500-ü satılıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43