29 Sentyabr 2024
Dünya futbolu

“Hələ də zirvədə deyilik” – Pep Qvardiola

İngiltərə Premyer Liqasının 33-cü turunda “Mançester Siti” “Arsenal”ı 4:1 hesabı ilə məğlub etdi.

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola qarşılaşma barədə bunları deyib:

“Qələbə yorğunluqla mübarizədə çox kömək edir. Çempionlar Liqasının yarımfinalına və İngiltərə Kubokunun finalına yüksəlmişik. Bunlar yaxşı nəticələrdir. 

“Arsenal” bizdən iki xal öndədir, ona görə də hələ zirvədə deyilik. Ehtiyatda olan matçları qazanmaq lazımdır. Diqqəti itirməməliyik, indi hər şey öz əlimizdədir, ona görə də bundan istifadə etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43