Misli Premyer Liqasında 17-ci tur da geridə qaldı.
Bu turu ümuilikdə stadionlardan cəmi 2770 azarkeş izlədi. Heç bir oyunda tamaşaçı sayı 1000 nəfər belə olmadı.
Turun ən yaxşı göstəricisi Zirədə qeydə alındı ki, burada da yerli komanda ilə “Turan Tovuz” arasındakı qarşılaşmanı cəmi 750 azarkeş izləyib.
Turun ən bərbad göstəricisi isə “Araz Naxçıvan” – “Sabah” oyununda qeydə alınıb. Mərdəkanda keçirilən bu matçı cəmi 200 tamaşaçı stadiondan izləyib.
Ümumilikdə isə sıralama aşağıdak kimidi:
“Zirə” – “Turan Tovuz” – 750 tamaşaçı
“Qarabağ” – “Sumqayıt” – 720 tamaşaçı
“Neftçi” – “Kəpəz” – 700 tamaşaçı
“Şamaxı” – “Səbail” – 400 tamaşaçı
“Araz Naxçıvan” – “Sabah” – 200 tamaşaçı
Toplam 2770 tamaşaçı
İdmanxeber.az