18 Oktyabr 2024
Dünya futbolu

“Həqiqətən xoşbəxt bir məşqçiyəm” – Mikel Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə çempionatının 15-ci turunun matçında “Luton” üzərində qazanılan qələbəni (4:3) şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis komandasının çıxışı barədə müsabət fikrilər səsləndirib:

“Mən çox xoşbəxtəm. Burada böyük döyüş olacağını bilirdik. “Arsenal” qol buraxmaqla işini çətinləşdirdi. Komandanın ruhu, mübarizə tərzimiz lazımi məqamlarda ən yaxşı keyfiyyətlərimizi ortaya qoydu. Biz bunu göstərdik və mükafatı aldıq. Bəzən rəqibə qiymət verməlisən. Komandadan çox razıyam. Bu gün mən həqiqətən xoşbəxt bir məşqçiyəm”.

Turnir cədvəlinə 36 xalla “Arsenal” başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43