Kateqoriyasız

“Hər iki komanda eyni potensiala sahibdir” – Çeslav Mixneviç

Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında iştirak edib. 50 yaşlı mütəxəssis komandaların potensialını bərabər hesab edib:

“Jose Kante ilə bağlı problem var. Matçda iştirak etməsi üçün sona qədər mübarizə aparacağıq, amma hələ ki, qərar verilməyib. Digər oyunçular isə sağlamdır və məşq edirlər. İlk konfransda komandanın müxtəlif parametrlərdə oynaya biləcəyini və matç zamanı sxemin dəyişək ehtimalının olduğunu söylədim. Sabah da belə oynamağa hazırıq. Bu barədə çox danışmaq istəmirəm. Mümkün qədər yaxşı hazırlaşmaq üçün hər şeyi edirik. Hər iki komanda eyni potensiala sahibdir. “Qarabağ”ın iki oyunçusunun görüşdə iştirakı sual altındadır. Bütün diqqətimizi bu oyunun fəlsəfəsinə yönəldirik. Hər gün futbolçularla danışıram. Məşqdən əlavə təkbətək söhbətlər etmirəm. Yaxın gələcəkdə mütləq oyunçularla yaxından tanış olacağam. Bu gün vaxtımız azdır. Çalışırıq ki, futbolçular mümkün qədər yaxşı hazırlaşsınlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43