06 Oktyabr 2024
Milli komanda

“Hər iki oyun göstərdi ki, ümid yeri var” – millimizin baş məşqçisi

“Məşqçilər korpusu olaraq, futbolçuların yanaşmasından, oyuna hazırlığından, mübarizə aparmaqlarından tam razıyıq. Bildiyiniz kimi, iyunun 17-də İstanbulda Türkiyə yığması ilə qarşılaşmışdıq. Çalışırdıq ki, qısa zamanda futbolçuları bərpa edək, oyuna hazırlayaq”. 

İdmanxeber.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Samir Əliyev “Dalğa Arena”da  Qırğızıstanın U-23 komandası ilə heç-heçə etdikləri oyunu (1:1) şərh edərkən deyib.

“Bəzi futbolçulardan yorğunluq hiss olunurdu. Buna baxmayaraq, çox yaxşı mübarizə apardıq, bir neçə qol vəziyyəti yaratdıq. Ustalıq səviyyəsi çatmadı ki, yaratdığımız imkanları qola çevirək. Təəssüf ki, elementar səhvdən qapımıza penalti təyin olundu” – deyə o bildirib.
Mütəxəssis deyib ki, həm Türkiyə ilə, həm də bu oyunda yeni sistem uzərində işləyiblər: “Bir çox oyunçuya şans verdik. Hər iki oyun göstərdi ki, ümid yeri var. Təbii ki, inkişaf etmək üçün daha çox çalışmalıyıq. Məşqçilər korpusu olaraq, qarşıdakı günlərdə soyuq başla hər iki oyunu təhlil edəcəyik. Məqsəd sentyabrdakı rəsmi oyunlara daha yaxşı hazırlaşmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43