03 Fevral 2025
Ölkə futbolu

“Hər şey bizim üçün uğurlu alındı” – Rəşad Sadıqov 

“Zirə” Misli Premyer Liqasının 21-ci turunda doğma meydanda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəlib.

İdmanxeber.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Olduqca dramatik oyun alındı. İlk dəqiqələrdə yaxşı çıxış edirdik. Təəssüflər olsun ki, 2 qol buraxdıq. İkinci hissədə futbolçularımız performanslarını daha da artırıb təslim olmadan mübarizə aparırdılar. 3 qol vurduq və çox vacib qələbə qazandıq. Üç gün sonra bizi “Araz-Naxçıvan”la kubok oyunu gözləyir. Qəbələni qeyd etməyə çox da vaxtımız yoxdur. Kubok matçına köklənməliyik.

– İkinci hissədə komandanız daha yaxşı çıxış etdi. Fasilədə futbolçulara nə tapşırıq verdiz?

– Qeyd etmək lazımdır ki, “Qarabağ” çox sıx qrafikdə oynayır. Gözləyirdik ki, ikinci hissədə onlarda temp aşağı düşər. Düzdür, bunu çox da hiss etmədik. Çox fəal idilər. Hər şey bizim üçün uğurlu alındı. İnamlı və əzmkar oyuna görə futbolçularıma təşəkkür edirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43