PSJ-nin futbolçusu Lionel Messinin Səudiyyə Ərəbistanına gedib-getməyəcəyi bəlli deyil.
İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, ulduz oyunçunun həyat yoldaşı Antonella Rokusso Leonun adıçəkilən ölkəyə getməsinə qarşıdır. Messi “Əl Hilal”ın təklifini qəbul etməyi düşünsə də, xanımının bu mövqeyindən sonra qərarını dəyişə bilər.
Argentinalı futbolçu karyerasını Avropada davam etdirmək istəyir. Onun “Barselona”ya qayıdacağı iddiaları yenidən müzakirəyə başlayıb.
Xatırladaq ki, Messinin Paris klubu ilə müqaviləsi mövsüm sonu başa çatır.