Milli komanda

Həyatda hər şeyə inanmaq lazımdı” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyunu barədə fikirlərini bildirib.

O, 0:1 hesablı məğlubiyyəti belə şəhr edib:

“Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq. Amma fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq. Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq. Texniki cəhətdən bizdən çox güclü olan komanda ilə oynayırdıq. Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik.

Seçmə mərhələdəki konkret hədəfimiz haqqında indidən danışmaq çətindi. Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdı. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin matçnda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43