26 Dekabr 2024
İdman

Hacı Əliyev Avropa Çempionatında olmayacaq

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı idmançı apreldə Bakıda təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq məqsədilə Xorvatiyada keçiriləcək “Zaqreb Open” (10-14 yanvar) və Rumıniyanın paytaxtı Buxarestdə (12-18 fevral) baş tutacaq Avropa çempionatına qatılmayacaq.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turniri aprelin 5-7-si aralığında paytaxtımızda təşkil ediləcək.

(Report.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43