Fəaliyyətini dayandıran futzal üzrə Azərbaycan çempionu "Xəzər Adaları"dan ayrılan futbolçular sabiq klublarında qalan borclarını ala biliblər.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, klubun sahibi olmuş Hacı İbrahim Nehrəmli ötən gün daha 1 ayın maaşını ödəyib. Hətta gedən legionerlərin də hesablarına pullar köçürülüb.
Klub kolletivi Hacı İbrahim Nehrəmliyə, eləcə də komandanın baş məşqçisi Elnur Qəmbərov və direktor olmuş Fuad Qəmbərova təşəkkürünü bildirir.