Ölkə futbolu

Hacıyevin bir qərarı aləmi bir-birinə qatdı: Biləcəridə ağız deyəni qulaq eşitmədi – AÇIQLAMA

Bu gün Azərbaycan birinci divizionunda baş tutan “Lokomotiv” – “Mil-Muğan” matçında qalmaqal yaşanıb.

İdmanxeber.com-a verilən məlumata görə, qalmaqalın yaranmasına səbəb baş hakim Camaləddin Hacıyev olub. Belə ki, ilk öpncə qonaqların xeyrinə penalti qərarı verən Hacıyev, çox keçmədən şübhəli məqamda meydan sahiblərinin lehinə qərar qəbul edib. Bu isə İmişli klubunun futbolçularının kəskin etirazına səbəb olub. Nəticədə matç bir neçə dəqiqə dayandırılıb. Qonaqların etirazı bir müddət çəkib və hakim matçı bitirə bilib. 

“Lokomotiv” klubunun mətbuat xidmətinin rəhbəri Rüfət Bayramov saytımıza açıqlamasında hər şeyin qayda da olduğunu bildirib:

“Hər şey qaydasındadı. Sadəcə qonaq komandanın üzvləri hakimin penalti epizoduna görə, kəskin etirazlarını bildirdilər. Buna baxmayaraq, matç sona kimi oynanıldı”.

Qeyd edək ki, matç 1:1 hesabı ilə yekunlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43