“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun İngiltərənin “Şeffild Uensdey” klubu alması tam olaraq rəsmiləşib.
İdmanxeber.com-un məlumatına görə, Hafiz Məmmədov daha sonra İngiltərə klubunun rəsmi saytına açıqlamasında bunları deyib:
“Belə bir kluba sahib olduğum üçün çox şadam və qürur hissi keçirirəm. Mən çılğın futbol azarkeşiyəm. Çoxdan idi ki, İngitərədə investisiya yatırmaq üçün klub axtarırdım. Amma mənim üçün ən doğru ola biləcək klubu axtarırdım. Mən kifayət qədər iddialı insanam. Azarkeşlərə söz verirəm ki, komandanın uğurları üçün əlimdən gələni edəcəm”.