27 Fevral 2024
Ölkə futbolu

Hafiz Məmmədov “Bakı”nın futbolçuları ilə görüşdü

“Bakı”nın prezidenti Hafiz Məmmədov klubun Futbol Akademiyasının futbolçuları ilə görüş keçirib.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, xoş əhval-ruhiyyədə keçən söhbət zamanı Hafiz Məmmədov onların məşq prosesləri, şəraitləri və sosial durumları ilə maraqlanıb.

Daha sonra Hafiz Məmmədov klubun futbolçularına ulu öndər Heydər Əliyevin əsgərləri olduğunu bildirərək, məhz bu nəslin nümayəndələrinin gələcəkdə “Bakı” Futbol Klubunun əsasını təşkil edəcəyini vurğulayıb. Eyni zamanda H.Məmmədov onlara gələcək oyunlarda uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43