Oktyabrın 18-də Monakonun “Hotel de Paris” otelində “Monako”nun kolumbiyalı ulduzu Radomel Falkao “Bakı” klubunun prezidenti Hafiz Məmmədovla görüşüb. Təcrübəli forvard bu görüşə gənc ailəsi və 2 aylıq körpəsi ilə gəlib.
“Bakı”nın rəsmi saytının verdiyi xəbərə görə, Falkao Hafiz Məmmədovla dostluq münasibətlərinə xüsusi qiymət verdiyini bildirib və “Atletiko”nun qazandıqları uğurlarda Məmmədovun xüsusi payının olduğunu diqqətə çatdırıb. “Monako”nun ulduzu Bakıda keçirdikləri 2 günü, uşaqlara öyrətdikləri “master-klass”ı, qala-gecəni, xüsusilə, Azərbaycan prezidenti İlham Əliyevlə ünsiyyəti daim xoş xatirə ilə yada saldığını bildirib. Görüşün sonunda Radomel Falkao “Monako”nun formasını Hafiz Məmmədova hədiyyə edib.