19 Fevral 2025
Ölkə futbolu

Hafiz Məmmədov Rövnəq Abdullayevlə görüşdü: Nələr müzakirə olundu? – ÖZƏL

Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümününə “Bakı” – “Simurq” oyunu ilə start verilməli idi.

İdmanxeber.com-un məlumatıəna görə, sözügedən matç meydan sahiblərinin Premyer Liqada çıxış etmək üçün tələb olunan sənədləri Peşəkar Futbol Liqasına təqdim etmədiyinə görə təxirə salınıb və ciddi xəbərdarlıq edilib.

Maddi sıxıntılar içərisində olan paytaxt klubunda bundna sonra hər hansı bir problem gözlənilmir. Əldə etdiyimiz məlumata görə, “Bakı”nın sahibi Hafiz Məmmədov məlum olaydan sonra AFFA başçısı Rövnəq Abdullayevlə görüşüb.  Dünən axşam saatlarında baş tutan görüşdən sonra Hafiz Məmmədov şəxsən klubla özü maraqlanacağını bildirib. AFFA rəhbəri isə onlara hər cür dəstək olacaqlarını dilə gətirib.

Abdullayevlə görüşün ardından Məmmədov klub rəsmilərindən çatışmayan sənədlərin düzəldilməsini tələb edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43