Azərbaycanlı iş adamı və “Bakı” futbol klubunun başqanı Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubunun yeni mövsümdən Fransa yüksək liqasında iştirakı rəsmiləşib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə qərarı Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi qəbul edib.
FFF Fransa Milli Olimpiya və İdman Komitəsinin (CNOSF) iyulun 25-də “sarı-qırmızılar”ın Fransa yüksək liqasına buraxılması ilə bağlı qərarını təsdiqləyib. “Lans” rəhbərliyi də qərarın uzun və çətin intizardan sonra qəbul olunduğunu vurğulayaraq, komandaya dəstək olan hər kəsə minnətdarlığını bildirib.