“Bakı”nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubu Fransa ikinci liqasında sonuncu – 38-ci turda səfərdə “Bastiya” ilə qarşılaşıb.
İdmanxeber.com-un məlumatına görə, autsaderi iki cavabsız qolla (2:0) məğlub edən “Lans” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və Fransanın yüksək liqasına vəsiqə qazanıb.
16 may
Fransa ikinci liqası, 38-ci tur
23:30. “Bastiya” – “Lans” – 0:2
Qollar: Kolibalu, 7, 44