28 Noyabr 2021
  • Ana səhifə
  • Müsahibə
  • “Hakim mənə deyir ki, videoda başqa şey görünür, mən canlı gördüm, heç nə yoxdur” – Müsahibə
Müsahibə

“Hakim mənə deyir ki, videoda başqa şey görünür, mən canlı gördüm, heç nə yoxdur” – Maksim Medvedev

“Qarabağ”ın kapitanı Maksim Medvedevin müsahibəsi:

  • Premyer Liqanın son turunda “Neftçi”yə 0:1 hesabıyla məğlub olaraq, çempionluğu əldən verdiyiniz oyunla bağlı nə deyə bilərsən?
  • İlk onu qeyd etmək istəyirəm ki, həmişə səhvi özümüzdə axtarmalıyıq. Bu məğlubiyyəti hakimin üstünə atsaq, bir az düz çıxmaz. Yəni, səhvləri əvvəlcə özümüzdə axtarmalıyıq. İkincisi də, bu oyunda hakim (Elçin Məsiyev) çox böyük rol oynadı. Həmin hakim “Neftçi”yə Tofiq Bəhramov adına Respublika stadionunda məğlub olduğumuz oyunu da idarə etmişdi (1:2). Lazımlı vərəqə də verirdi, penalti də verirdi, buna baxmayaraq, ona veriləcək sual yaranmamışdı. O məğlubiyyəti qəbul etmişdik. Ancaq son oyunda hakim dərk etməli idi ki, üstündə böyük məsuliyyət var. İki penalti epizodu oldu, hakim fikirləşmədən oyunu davam etdirdi. Bu, bizə çox təsir etdi. Oyunun gedişatında da mübahisəli qərarlar verirdi. Rəqib komandanın üstünlüyü üçün qərarlar verirdi. Ola bilsin ki, buna görə bizim üzərimizdə psixoloji təzyiq yarandı. Bu məğlubiyyəti yaddan çıxarmalıyıq. Və belə deyim ki, gələn mövsümə başqa cür, başqa görüntü ilə hazırlaşmalıyıq.
  • Ahmed Ahmedovun son dəqiqədə vurduğu qol zamanı hansı hissləri keçirdin?
  • Çox pis təsir etdi. Çalışdıq, qaçdıq, hər şey etdik. Lakin baş məşqçimizin verdiyi bəzi sadə tapşırıqları yerinə yetirə bilmədik və boşluq verdik. Bundan sonra da rəqib qol vurub, qələbə qazandı.
  • Hakim səhvindən danışdın. Xüsusilə, çoxu Xaymer Romeronun epizodunun penalti olduğunu deyir…
  • Xaymenin epizoduna bəlkə də, 10 dəfə baxmışam. Çox maraqlıdır ki, hakim o epizodu necə görmədi? Epizod düz yan xətt hakiminin gözü qabağında baş verdi, heç olmasa, baş hakimə kömək etməliydi. Epizoddan sonra videoda baxdılar və dedilər ki, yüz faizlik penalti idi. Hakimə yaxınlaşdım, dedim ki, uşaqlar videoya baxıb və penalti olduğunu deyirlər. Hakim mənə deyir ki, videoda başqa şey görünür, mən canlı gördüm, heç nə yoxdur.
  • Yeni mövsümdə komanda yeni yaradılan Konfrans Liqasında mübarizə aparacaq. Turnirlə bağlı nələr düşünürsən və yeni mövsümdə hədəfləriniz nədir?
  • Bizim hədəfimiz hər zaman istənilən oyuna yaxşı futbol göstərmək üçün çıxmaqdır. Çalışmalıyıq ki, ən yaxşısını, doğrusunu edək. Hər zaman qələbə üçün meydana çıxırıq. Bu turnirdə də elə olacaq. Bacardığımız qədər oyunlarda qələbə qazanmağa çalışacağıq.
  • Klubla müqavilənin müddəti bitir. Kapitanı olduğun “Qarabağ”da qalacaqsan, yoxsa ayrılıq haqda düşünürsən?
  • Düzdür, müqaviləm bitir. Hələ klubla danışmamışam. İnşallah, hər şey yaxşı olacaq. Yəni çalışıram ki, indi özümə maksimum istirahət verim. Qarşıda millinin toplanışı var. On gün ərzində rəhbərliklə söhbətimiz olacaq və inşallah, düzgün qərar verəcəyik.(komanda.az)

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Kamran Quliyev suala sualnan cavab verdi: “Niyə 5 dəqiqə əlavə olunur? ” (MÜSAHİBƏ)

admin

Qurban Qurbanov: “Bir neçə cavan uşaq ortaya düşür, açıqlama verirlər ki…” (MÜSAHİBƏ)

admin

Səməd Nəsibov: “Biz gərək kimisə kiminləsə düşmən edək” (MÜSAHİBƏ, II hissə)

admin