Kateqoriyasız

“Hakim nəyə nail olmaq istəyirdisə, onu da etdi” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunda “Neftçi”yə uduzduqları matçdan sonra fikirlərini bildirib.

Rusiyalı mütəxəssis, 1:3 hesabıyla bitən oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

– Çox yaxşı ilk hissə keçirdik. Oyuna nəzarət etdik, bir neçə təhlükəli fürsətlər yaratdıq. Müdafiədə intizamlı olduq, rəqibin hücum etməsinə imkan vermədik. İkinci hissə intizamı itirdik. Bu, bizim ən böyük səhvimiz idi.

 

– Hakimliklə bağlı fikirləriniz nədir?

– Baş hakim işini çox yaxşı gördü. Epizod gedir və qayda pozulubsa, hakim fitini çalmırsa… Amma eyni epizodda rəqib üçün fitini çalır. Mən daha sərt futbolun tərəfdarıyam. Hər iki tərəfə imkan vermək lazımdır ki, sərt oynanılsın. Hakim sadəcə bir tərəfə fit çalırdı. Biz meydançadakı futboldan həzz ala bilmədik. Meydanda baş verən hər şeyin səbəbkarı hakimdir. Hakimlər belə edirsə, biz daha yaxşı oynamalıyıq. Uzun müddət idi belə hakim görmürdüm. Hakim nəyə nail olmaq istəyirdisə, onu da etdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43