07 Yanvar 2025
Kateqoriyasız

Hakimə hədə-qorxu gələn azərbaycanlı futbolçu sərt cəzalandırıldı

AFFA-nın yeniyetmələr arasında keçirdiyi U-16 Liqasında yaşanan xoşagəlməz hadisə ilə bağlı qərar verilib. 

İdmanxeber.com-un məlumatına görə, assosiasiyanın İntizam Komitəsi “Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra yaşananları müzakirə edərək müvafiq qərar çıxarıb.

“Sumqayıt”ın üzvü Vaqif Həsənovun 16 yaşadək futbolçulardan ibarət komandada oynamasına baxmayaraq, hakimlər briqadasına hədə-qorxu gəlməsi cəzası qalmayıb.

Ədalət təmsilçilərinə qarşı etdiyi hərəkətlər onun 5 oyunluq cəzalanması ilə nəticələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43