Kateqoriyasız

Hakimi itələyən futbolçuya 6 aylıq cəza

Fransanın “Monako” klubunun futbolçusu Jelson Martinş cəzalandırılıb.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı vinger Fransa çempionatının “Nim”lə matçında (1:3) komanda yoldaşı Time Bakayokoya qırmızı vərəqə göstərən hakim Mikael Lesajı itələdiyi üçün sanksiyaya məruz qalıb.

Federasiya Martinşi 6 ay cəzalandırıb. 24 yaşlı futbolçunun cəzası fevralın fevralın 6-dan hesablanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43