İyunda ABŞ-ın Livoniya şəhərində (Miçiqan ştatı) Mişiqan birləşmiş futbol liqasının oyunu zamanı amerikalı futbolçu Bassel Saad hakimi öldürmüşdü.
İdmanxeber.com-un məlumatına görə, futbolçu bunu artıq etiraf edib. Onu azı 15 il həbs gözləyir.
Qeyd edək ki, Bassel Saad onu meydandan qovmaq istəyən 44 yaşlı hakim Con Beneviçi vurub. İki gün sonra hakim xəstəxanada dünyasını dəyişib.