Argentina futbolunda gözlənilməz hadisə baş verib.
İdmanxeber.com-un məlumatına görə, bu xəbəri məşhur “goal.com” portalı yazıb.
Kordova şəhərində keçirilən aşağı liqa oyununda baş verən hadisədə hakim qətlə yetirilib.
Sezar Flores adlı referi matçın gedişində komandalardan birinin futbolçusuna qırmızı vərəqə göstərib. Adı açıqlanmayan 25 yaşlı həmin oyunçu öncə meydanı tərk etsə də, daha sonra geri qayıdaraq referiyə oldu silahla 3 dəfə atəş açıb.
48 yaşlı hakim aldığı güllə yarasından yerindəcə keçinib. Bununla da, hirsi soyumayan silahlı futbolçu rəqib oyunçuya da atəş açıb. Lakin onun həyati təhlükəsinin olmadığı bildirilib.