Dünya futbolu

Hakimiyə təcavüz ittihamı – PSJ-dən açıqlama

PSJ oyunçusu Əşraf Hakimiyə dəstək açıqlaması verib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu bir neçə gün öncə təcavüzdə ittiham olunub. Fevralın 27-də 24 yaşlı bir xanım polisə müraciət edərək Hakimin onu zorlamağa çalışdığını bildirib.

Paris klubu isə bu ittihamları qəti şəkildə rədd edir. Rəhbərlik bildirib ki, PSJ futbolçunun bu cür davranış sərgiləcəyinə inanmır və onu sona qədər dəstəkləyir.

Klub eyni zamanda məsələni diqqətdə saxlayacağını və oyunçuların hər zaman meydandan kənar həyatları ilə yaxından maraqlandığını da bildirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43