26 Noyabr 2022
  • Ana səhifə
  • İdman
  • Hakimlər Hacı Əliyevi uduzdurdular, dava düşdü, işə polis qarışdı
İdman

Hakimlər Hacı Əliyevi uduzdurdular, dava düşdü, işə polis qarışdı

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dümya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.

İdmanxeber.az “Report”a istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.

İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib – 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb – 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfi etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalını sildirib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub – 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf gösrərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasi ediblər. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polis qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Arsenal”dan möhtəşəm qələbə (GENİŞ İCMAL)

admin

Qapıçılar elə seyvlər etdilər ki… – VİDEO

admin

“İnter” – “Roma” matçında qalib müəyyənləşmədi – VİDEO

admin