FIFA referilərimiz Rəhim Həsənov və Rauf Cabbarov beynəlxalq təyinat alıblar.
İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, hər iki hakim 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarını idarəcə edəcək.
R. Həsənov Mübariz Haşımovla birlikdə Belçika, Norveç, Bosniya və Herseqovina, Macarıstanın yer aldığı qrupun qarşılaşmalarında ədaləti qoruyacaq. Bu qrupun oyunları martın 26-dan aprelin 1-dək Macarıstanda keçiriləcək.
Rauf Cabbarovla Akif Əmirəli isə İsrail, Çexiya, Hollandiya və Şimali İrlandiya yığmalarının mübarizə apardığı qrupun görüşlərinə təyinat alıblar. Bu qrupun oyunlari isə martın 20-dən 26-dək Hollandiyada keçiriləcək.