Ötən gün Azərbaycan Premyer Liqasında II tura start verilib.
İdmanxeber.az-ın məlumatına görə, Suraxanıda “Qarabağ” və “Kəpəz” komandaları arasında baş tutan matçda birincilər rəqibinə 3 cavabsız qolla qalib gəlib – 3:0.
Oyunun 78-ci dəqiqəsində qonaqların futbolçusu Elmir Tağıyev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Lakin futbolçunun meydançanın kənarını tərk etməmiş oyunun davam etdirilməsi müzakirələrə yol açıb. Adətən hakimlər meydandan qovulan futbolçuların paltardəyişmə otağına yollanmasını və daha sonra oyunu davam etdirməsinin şahidi olurduqsa, dünən bunun əksini gördük. Lakin nə dünənki matçın baş hakimi Rauf Allahverdiyev, nə də dördüncü hakim Elvin Bayramov bu məqamı diqqətdə saxlaya bilməyib.
Həmin epizodu sizə təqdim edirik: