Dünya futbolu

Hakimlərimiz Avropa Liqasına təyinat aldılar

Beynəlxalq dərəcəli hakimlərimiz 2017-18 mövsümünün ilk təyinatını alıblar.

İdmanxeber.com-un məlumatına görə, Ömər Paşayev və Rəhim Həsənov Avropa Liqasının I təsnifat mərhələsində oyun idarə edəcəklər.

Həsənov iyunun 29-da “Ventspils”lə “Valur” arasında Latviyada keçiriləcək ilk qarşılaşmada ədaləti qoruyacaq. Paşayev isə həmin gün Qazaxıstanda “Kayrat” – “Atlants” komandaları arasında baş tutacaq qarşılaşmada əsas söz sahibi olacaq.  

Avropa Liqası, I təsnifat mərhələsi

29 iyun

“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov

Dördüncü hakim: Əliyar Ağayev

“Ventspils” (Latviya) – “Valur” (İslandiya)

Baş hakim: Rəhim Həsənov 
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43