Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər hazırlığın son günündə 4 oyun idarə edəcəklər.
İdmanxeber.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən həmin oyunların siyahısını və təyinatları təqdim edir.
26 yanvar
“Spartak” (M) – “Hamburq”
Hakimlər: Qorxmaz Eldarov, Rza Məmmədov, Coşqun Həsənov
“Terek” – “Split”
Hakimlər: Fariz Yusifov, Nahid Hüseynov, Kamran Bayramov
Sinqapur (U-23) – “Hamburq” (U-23)
Hakimlər: Emin Nağıbəyov, Yaşar Abbasov, Mübariz Haşımov
Ukrayna (U-21) – İran (U-21)
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Rəvan Həmzəzadə