21 Sentyabr 2024
Premyer Liqa

Hakimlərin “qaraladığı” klublar və daha çox penalti vurmaq şansı qazananlar

Ötən gün Zaqatalada keçirilən oyunla mövsümün ilk yarısına yekun vurulub.
 

Dörd dövrəli çempionatda geridə qalan iki dövrədə hansı komandanın daha çox penalti vurmaq şansı əldə etməsi və hansı klubun öz qapısında daha çox penalti görməsi ilə bağlı apardığımız kiçik araşdırma ilə sizi tanış edirik.
 

Beləliklə, geridə qoyduğumuz 18 turda ən çox penaltini "Qarabağ" vurub. Ağdam klubu iki dövrədə 6 penalti vurmaq şansı qazanıb ki, bunlardan 5-ni də qola çevirib. Hakimlər əsas da, mərkəzi oyunlarda "Qarabağ"ın lehinə qərarlar veriblər. "Qarabağ" "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" kimi klublarla matçda penalti vurmaq şansı əldə edib ki, hazır "yem"dən də Ağdam klubunun üzvləri yayarlana bilib. 
 

Geridə qalan 18 turda penalti vurmayan klublar isə "Neftçi", "İnter" və fəaliyyətini dayandıran "Araz Naxçıvan"dı. 
 

Qapısında ən çox penaltidən qol görən komandalar isə "Qəbələ", "Neftçi", "Araz Naxçıvan" , AZAL və "Simurq"du. Bu komandalar hərəyə 3 dəfə cəzalanıblar. 
 

Ümumilikdə isə cədvəl belədi:
 

1. "Qarabağ"
 

Lehinə: 6 penalti
 

Əleyhinə: 1 penalti
 

2. "Qəbələ"

Lehinə: 4 penalti
 

Əleyhinə:  3 penalti
 

3. AZAL
 

Lehinə: 4 penalti
 

Əleyhinə: 3 penalti
 

4. "Xəzər Lənkəran"
 

Lehinə: 3 penalti
 

Əleyhinə: 2 penalti
 

5. "Simurq"
 

Lehinə: 2 penalti
 

Əleyhinə: 3 penalti
 

6. "Sumqayıt" 
 

Lehinə: 2 penalti
 

Əleyhinə 1 penalti
 

7. "Bakı"
 

Lehinə: 1 penalti
 

Əleyuhinə 2 penalti
 

8. "Araz Naxçıvan"
 

Lehinə: yoxdu
 

Əleyhinə: 3 penalti
 

9. "Neftçi"
 

Lehinə: yoxdu
 

Əleyhinə: 3 penalti
 

10. "İnter"
 

Lehinə: yoxdu
 

Əleyhinə: yoxdu
 

Səxavət


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43