“Oyun istədiyimiz kimi alınmadı. Məğlub olmaq istəməzdik, nəticəyə görə təəssüflənirik. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
O, qarşıdan gələn kubok oyununa kasad heyətlə hazırlaşacaqlarını vurğulayın:
“Mən əvəzedici heyətdə 90 dəqiqə meydançada olan futbolçunu bu gün yenə oyuna buraxmaq məcburiyyətində idim”.
Y.Hüseynov artıq Premyer Liqada 14-cü tur geridə qaldığını deyib:
” İndiyə kimi hakimlik barədə danışmamışam. Bu gün isə hakimlik xoşuma gəlmədi. Sanki, hakim meydançada özünü itirmişdi. Epizodlar zamanı düzgün qərarlar vermədi, belə olmaz. Hakimlikdən çox narazı qaldım. Elə epizodlar vardı ki, sırf komandanın əleyhinə işlədi”.