08 Sentyabr 2024
Ölkə futbolu

“Hakken bizi büdrətməyə çalışacaq” – “Qarabağ”ın futbolçusu

“Qarabağ” Azərbaycan Premyer Liqasının XV turunda “Qəbələ”ni 3:0 hesabı ilə məğlub etdi.

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından Ağdam təmsilçisinin futbolçusu Toral Baramov görüş barədə fikirlərini bildirib. O, qarşıdakı “Hakken” matçı barədə da danışıb:

– “Qəbələ” oyunu və ümumən öz çıxışın barədə nə düşünürsən?

Rəqibə qarşı istədiklərimizi meydanda reallaşdırdıq və qələbə qazandıq. Bizim üçün əsas qalib gəlmək idi. Bunu da bacardıq. Bu gün meydanda çox yaxşı idik. Layiq olduğumuz 3 xalı əldə etdik. Öz oyunum barədə danışmaq isə düzgün olmaz, bu barədə məşqçilər heyəti doğru qiymət verə bilər. 

– Çətin “Molde” səfərindən sərfəli nəticə ilə qayıda bildiniz. Həmin görüş barədə nə deyə bilərsən?

Çətin olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Rəqib evdə çox güclü oynayır. Hava dəhşət soyuq idi. Çox şükür ki, bizə sərfəli olan nəticə ilə qayıtdıq. 

– Qarşıda daha bir vacib “Hakken” matçı var. Bu oyun barədə nə deyə bilərsən?

Bu oyunda daha çox istəkli olmalıyıq, daha çox qaçmalıyıq. Ümid edirəm ki, bu görüşdə də istədiyimiz nəticəni alacağıq. Onların qrupda xalı yoxdur. Bizi büdrətməyə çalışacaqlar. Ancaq hər şey öz əlimizdədir. Amma ona qədər “Sumqayıt”la matçımız var. Onlar da yaxşı komandadır. Neçə oyundur məğlub olmurlar. Əvəvl bu görüş barədə düşünməliyik. 

– Stabil olaraq əsas heyətdə yer almırsan, bu sənə necə təsir edir?

Heç bir təsiri yoxdur. Baş məşqçi nə qərar verirsə, o zaman da meydana çıxırıq. Şans verildikdə öz gücümüzü göstəririk.

Yəqin ki, Elvin Cəfərquliyevlə aranızda rəqabət var…

Elvinlə meydandan kənar çox yaxşı münasibətim var, dostluq edirik. Amma meydanda rəqabət aparırıq. Kimin oynacağına isə baş məşqçi qərar verir. Nə Elvin, nə də mən bir-birimiz barədə mənfi fikir söyləmərik.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43