04 Oktyabr 2024
Dünya futbolu

Haland rəhbərlikdən öz dəyərinin bu qədər olmasını tələb edir

Erlinq Haland “Mançester Siti” rəhbərliyindən yeni müqavilə üşün xüsusi bənd tələb edib.

İdmanxeber.az-ın məlumatına görə, norveçli futbolçu “şəhərlilər”lə sözləşmə uzatmağa hazırdır. Ancaq o, müqavilədə 120 milyon avro qarşılığında sərbəst qalma maddəsinin qoyulmasını tələb edir. Haland bu məbləğin yüksək olmasını istəmir.

Çünki o, bu məbləğin böyük klubçar tərəfindən ödənə biləcəyini düşünür. Xatırladaq ki, Halandın adı son həftələrdə “Real”, “Barselona” və PSJ kimi klublarla hallanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43