“Qarabağ”la vidalaşan İslandiya millisinin qapıçısı Hannes Halldorssonun yeni klubu müəyyənləşib.
Təcrübəli qapıçının yeni ünvanı İslandiyanın “Valür” klubudur. O, Reykyavik təmsilçisinə azad agent kimi keçəcək. İslandiyada yeni mövsümə aprelin 27-də start veriləcək. Məhz bu səbəbdən, Halldorsson Azərbaycan klubu ilə yollarını indidən öz istəyi ilə ayırıb.
“Valür” ilk turda “Vikinqur”u qəbul edəcək. Həmin gün bu qapıçının 35 yaşı tamamlanacaq.