“Benfika”nın 19 yaşlı futbolçu Joao Feliks son 7 oyunda 5 qol vuraraq diqqətləri üzərinə çəkib.
Artıq indidən “Real”, “Mançeter Yunayted”, “Atletiko” və “Borussiya” kimi klubların hədəfində olan gənc futbolçu Portuqaliyada “Yeni Kristiano Ronaldo” adlanır.
19 yaşlı futbolçunun qiyməti 120 milyon avrodur. O, son turda “Benfika”nın “Sportinq”i 4:2 məğlub etdiyi matçda vurulan qollardan birinin müəllifidir.