“Qarabağ”ın islandiyalı qapıçısı Hannes Halldorsson ölkəsinin mətbuatına müsahibə verib.
35 yaşlı qolkiper Antalya toplanışı zamanı boş vaxt tapan kimi ssenari yazdığını bildirib:
“Vaxtım olanda otağıma gedib, qapını bağlayıb film ssenarisi yazıram. Bu, hadisələrin İslandiya kəndlərinin birində yerləşən fermada baş verdiyi qeyri-adi triller olacaq. Ümid edirəm ki, bir neçə ildən sonra Polşadakı bir festivalda filmi izləyə biləcəksiniz”.