“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik Belçikanın “Gent” klubuna keçməyə çox yaxındır.
İdmanxeber.com-un məlumatına görə, bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Belçika təmsilçisi Rednikə rəsmi təklif göndərib. Bir müddətdir ki, işsiz olan rumin mütəxəssis Belçikada yaşadığı üçün bu təklifə isti baxır.
Xatırladaq ki, bir müddət öncə Redniklə “Mons” klubu yaxından maraqlanırdı. Ancaq baş məşqçi daha iddialı klublarda işləmək istədiyi üçün bu təklifi qəbul etməmişdi.