Premyer Liqa

Hansı matç canlı yayımlanacaq?: “Qarabağ” – “İnter”, yoxsa “Neftçi” – “Bakı”?

Bu gün Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçiriləcək üç matçdan ikisi – “Qarabağ” – “İnter” və “Neftçi” – “Bakı” oyunları canlı yayımlanmalı idi.

İdmanxeber.com-un məlumatına görə, son anda “Qarabağ” – “İnter” matçının başlama saatı 21:00-dan 18:00-a təyin olununca İdman Azərbaycan kanalı 19:00-da start götürəcək “Neftçi” – “Bakı” qarşılaşmasını canlı nümayiş etdirməmək qərarına gəlib.

Futbolsevərlər televiziya vasitəsi ilə yalnız “Qarabağ” – “İnter” matçına canlı olaraq tamaşa edə biləcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43